Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətidir.
Publika.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində deyib.
Qaluzin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi ilə bağlı suala cavab verərək bildirib ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublika arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanma tarixinin və yerinin müəyyən edilməsi bu dövlətlərin özlərinin səlahiyyətindədir”.
"Heç kimin bunun nə vaxt baş verəcəyi ilə bağlı qərar vermək hüququ yoxdur", - Qaluzin qeyd edib və əlavə edib ki, vaxtla bağlı sual Bakı və İrəvandakı tərəfdaşlara ünvanlanmalıdır.
Qeyd edək ki, İran sülh müqaviləsinin Tehranda imzalanması ilə bağlı məsələni gündəm gətirib.
Tural