İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Publika.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, Abdullahian Dəməşqə səfər edib.
İran XİN başçısı Bəşər Əsədlə görüşündən sonra Suriyanın xarici işlər naziri Feysəl Mikdad ilə birgə mətbuata açıqlama verib. Görüşdə İsrailin Suriya ərazisinə hücumları və bölgədəki hadisələr müzakirə edilib.
Abdullahian qeyd edib ki, iki ölkə müxtəlif iqtisadi, ticarət və sənaye sahələrində əməkdaşlıqda əhəmiyyətli irəliləyiş əldə etmək iradəsinə malikdir.
Nazir İbrahim Rəisinin Bəşər Əsədi İrana dəvət etdiyini bildirib.
Roza Şəfiyeva