İspaniya millisinin baş məşqçisi Luis de la Fuente maraqlı açıqlama verib.
QÜTB.AZ xəbər verir ki, "matadorlar"la Avropa çempionu olan mütəxəssis "Marca"ya müsahibəsində onunla yeni müqavilə imzalanmamasından narazılıq edib:
"Avropa çempionunun müqaviləsiz qalması normal deyil. Bilmirəm, eyni şey Luis Enrike ilə də olub? Tarixdə belə hadisə olubmu? U-21 millisindən ayrıldığım vaxtdakı müqavilədə olduğu kimi işləyirəm. İndi yeni sözləşmə imzalasaydım, ədalətli olardı”.
Xatırladaq ki, de la Fuente 2022-ci ildən "qırmızı furia"nın "sükanı arxasında"dır. Bu müddət ərzində o, milli ilə Millətlər Liqasının və Avropa Çempionatının qalibi olub.
Qutb