31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

İrqçi davranışın bədəli: 173 min avro

14 dek 2024 13:00
İDMAN
ads

Serbiya Futbol Assosiasiyası UEFA Millətlər Liqasının oyunlarında azarkeşlərin davranışına görə cəzalandırılıb.

QÜTB.AZ xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı Serbiya millisinin İsveçrə (15 noyabr) və Danimarka (18 noyabr) ilə oyunlarında azarkeşlərin hərəkətlərində pozuntular müəyyən edib.

İsveçrənin Sürix şəhərində keçirilən oyun zamanı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, əşyalar atıb, idmana yaraşmayan pankartlar nümayiş etdirib, “irqçi və yaxud ayrı-seçkilik davranışı” nümayiş etdirib, stadiona və obyektlərə ziyan vurublar.

Həmçinin İsveçrədə keçirilən oyun zamanı serb azarkeşlər Albaniya bayrağını yandırmağa cəhd ediblər. Serbiyanın Danimarka ilə oyunu zamanı “irqçi və yaxud ayrı-seçkilik davranışı” və pirotexniki vasitələrdən istifadə faktları aşkarlanıb. Serbiya Futbol Assosiasiyası ümumilikdə 173 min avro cərimələnib, millinin növbəti ev oyununda tribuna qismən bağlı olacaq, iki səfər oyunu isə serb azarkeşlərsiz keçiriləcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur