BMT-nin baş katibi Antonio Quterreş İsraillə Livan Hizbullah hərəkatı arasında gərginliyin artmasından dərin narahat olduğunu bildirib.
Publika.az xəbər verir ki, Quterreş BMT sülhməramlılarının vəziyyəti sakitləşdirmək və yanlış hesablamaların qarşısını almaq üçün çalışdıqlarını qeyd edib.
"Bir tələsik addım, bir səhv hesablama sərhəddən çox-çox uzaqlarda və düzünü desək, təsəvvüründən kənara çıxan fəlakətə səbəb ola bilər. Aydın deyək: bölgə xalqı və bütün dünya Livanın başqa bir Qəzzaya çevrilməsinə icazə verə bilməz”.
Cəmilə