İsrail və HƏMAS arasında Qəzzada əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasının qüvvəyə minəcəyi tarix bəlli olub.
QÜTB.AZ xəbər verir ki, məsələ ilə bağlı Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Majed Al Ansari açıqlama verib.
Onun sözlərinə görə, razılaşma sabah Bakı vaxtı ilə səhər saat 10:30-da qüvvəyə minəcək.
Qeyd edək ki, üç fazalı atəşkəs razılaşmasının ilk 42 günündə 33 israilli məhbus azad ediləcək. İsrail isə 1737 fələstinli məhbusu sərbəst buraxacaq.
Roza