01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Qlobal istiləşmə Yerin fırlanma sürətini DƏYİŞDİ

29 mar 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Qlobal istiləşmə ilə əlaqədar Yerin qütblərində buzların əriməsi Yerin fırlanma sürətini dəyişir və bu, sıçrayış saniyəsinin tətbiqini 2029-cu ilə qədər gecikdirəcək.

Publika.az xəbər verir ki, bu nəticəyə "Nature" jurnalında məqalə dərc etdirən Kaliforniyadakı Skripps Okeanoqrafiya İnstitutunun alimləri gəliblər.

Qeyd edilir ki, bu, kompüter şəbəkələrinin vaxt sinxronizasiyasında görünməmiş xətaya səbəb ola bilər.

Ayın cazibə qüvvəsi səbəbindən Yerin fırlanması tədricən ləngiyir, kiçik dəyişikliklər koordinasiya edilmiş Universal Vaxt (UTC) ilə izlənilir və bu, geriləməni sıçrayış saniyələri ilə kompensasiya edir. Dekabrın 31-in son dəqiqəsinə 60 saniyənin əlavə edilməsi praktikası 1972-ci ildən tətbiq edilir, lakin bir sıra hesablama problemlərinə səbəb olur və metrologiya təşkilatları bu yaxınlarda 2035-ci ildən etibarən sıçrayış saniyələrini ləğv etmək qərarına gəldilər.

Lakin 1972-ci ildən bəri Yerin maye nüvəsinin bucaq sürətindəki dəyişikliklər xarici qabığın bir az daha sürətli fırlanmasına səbəb oldu ki, bu da mənfi sıçrayış saniyəsinin tətbiqini tələb edə bilər.

Alimlər yeni elmi məqalədə peyk qravimetriyası vasitəsilə qeydə alınan Qrenlandiya və Antarktidada artan buz əriməsinin Yerin fırlanmasının bucaq sürətinin azalmasına səbəb olduğunu aşkar ediblər.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur