Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası başlayıb.
Publika.az xəbər verir ki, Ermənistan iclasda iştirak etmir. KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalovun sözlərinə görə, Ermənistan Şuranın bu iclasında iştirak etmir, lakin İrəvan Almatıda məhdud tərkibdə qərarların qəbul edilməsinə etiraz etmir.
Tədbir Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində keçirilir. Onun iştirakçıları Təşkilatın hərbi inkişafı məsələlərini müzakirə edəcəklər.
Tural