10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Azərbaycanla Slovakiya arasında kibertəhlükəsizlik imkanları müzakirə olundu

08 okt 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Slovakiya Respublikasının Kritik İnfrastruktur Assosiasiyasının prezidenti Tibor Strakanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qutb.az xəbər verir ki, görüş zamanı nəqliyyat, energetika və rəqəmsal xidmətlər kimi kritik infrastruktur sahələrində kibertəhlükəsizlik üzrə mövcud fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, 2023-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” çərçivəsində bir sıra sistemli tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.

Görüş zamanı kibertəhlükəsizlik sahəsində, xüsusilə nəqliyyat və telekommunikasiya sektorları üzrə əməkdaşlıq imkanları, həmçinin dövlət və özəl sektorlar arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Eyni zamanda ölkələrimiz arasında gələcək əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur