UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimlərini dəyişdirib.
Publika.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu məlumat yayıb. Görüşü Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Referi Yakob Sandberq olacaq. Ona yan xətt hakimləri qismində Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.
Qeyd edək ki, sözügedən matç iyulun 30-da Tofiq Bərhamov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Heybət