Xorvatiyanın “Hayduk” klubunun idman direktoru Mindauqas Nikolitius hücumçu Nikola Kaliniçin transfer olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, 36 yaşlı forvardla mövsümün sonuna qədər, ayda simvolik 1 avro maaşla müqavilə imzalandığını bildirib. “Nikola bir məqsədlə qayıdır – 19 ildən sonra “Hayduk”un titul qazanmasına kömək etmək üçün”, - deyə Mindauqas “The Guardian”a açıqlamasında deyib.
Hazırda Xorvatiya çempionatında keçirdiyi 19 oyundan sonra “Hayduk” 41 xalla liderdir. Ən yaxın təqibçi 35 xal və 18 oyun keçirən “Riyeka”dır.
Kaliniç 2005/2006 mövsümündə “Hayduk”da çıxış edib. O, daha sonra “İstra 1961”, “Sibenik”, “Blekbern”, “Dnepr”, “Fiorentina”, “Milan”, “Atletiko” və “Verona”da top qovub.
Xorvatiya millisinin sabiq üzvü son olaraq elə “Hayduk”da çıxış edib. 2023-cü ilin yayında komandanı tərk etdikdən sonra klub tapa bilməyib.
Heybət