05.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Mənzilin kirayə haqqı artdı: indi məktəbə təyyarə ilə gedib-gəlir

26 fev 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Kanadanın Vankuver şəhərində tələbə olan Tim Çen kirayə haqqının artması səbəbindən ailəsinin yanına köçdüyü Kalqaridəki evindən məktəbə təyyarə ilə gedib-gəlməyə başlayıb.

Publika.az xəbər verir ki, Tim Vankuverdə ev kirayəsi 2500 dollar olduğundan, onu ödəyə bilməyib. Onun ailəsinin yaşadığı şəhər Vankuverdən 430 kilometr uzaqdadır. Buna görə də o, dərsə təyyarə ilə getməli olur.

Çen uçuşun təqribən 1 saat 40 dəqiqə çəkdiyini və təxminən 110 dollar ödədiyini bildirib.

"CTV News"a danışan Çen, həftədə iki dəfə gediş-gəliş üçün təxminən 300 dollar ödədiyini, bunun ayda təxminən 1200 dollar olduğunu deyib: "Bu rəqəm şəhərdəki bir otaqlı mənzilin orta kirayəsinin yarısıdır. Mən hər gün məktəbə getmirəm, həftədə yalnız iki dərsdə iştirak etmək məcburidir. Ümumilikdə 3 saat dərsim var və dərsdən sonra avtobusa minib hava limanına və oradan da evə gedirəm. Təyyarə ilə səyahət mənim üçün may ayında məzun olduqdan sonra bitəcək”.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur