03.12.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Azərbaycan UNESCO-da komitəyə üzv seçildi

03 dek 2025 01:00
GÜNDƏM
ads
Advertisement

Dekabrın 1-dən 2-dək Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.

 

Qutb.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas çərçivəsində Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.

 

4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.

 

Qeyd edək ki, sözügedən komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.

 

Azərbaycanın komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur