İsveçdə son 58 ilin ən aşağı temperaturunun ölçüldüyü açıqlanıb.
Publika.az xəbər verir ki, meteorologiya idarəsindən verilən açıqlamada Kiruna şəhərinin Vittangi qəsəbəsində temperaturun -44,6 dərəcəyə endiyi bildirilib.
Meteorologiya direktoru Sverker Hellström bu temperatoru yanvarın 5-də ölçdüklərini və "soyuq rekordu" təmin etmək üçün bunu ictimaiyyətə gec açıqladıqlarını deyib.
Qeyd edək ki, ölkədə ən aşağı temperatur 1966-cı ildə Norrbotten bölgəsindəki Vuoqqatjalme şəhərində mənfi 52,6 dərəcə qeydə alınıb.
Roza Şəfiyeva