Argentinanın qalib olduğu Amerika Kuboku başa çatdıqdan sonra təsirli anlar yaşanıb.
Publika.az xəbər verir ki, "Albiseleste"nin hücumçusu Anxel Di Maria emosiyalarını saxlaya bilməyib. Di Maria 117-ci dəqiqədə əvəzlənib. Bu zaman 36 yaşlı vingeri millidəki son matçı olduğu üçün göz yaşlarına boğulub.
Qeyd edək ki, finalda Argentina Kolumbiyaya 1:0 hesabı ilə qalib gəlib.
Heybət