Təxminən 5 aya yaxındır ki, Qarabağdan olan 7825 vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb.
Publika.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan”ın respublika hökumətinə yazılı müraciətinə cavab olaraq təqdim edilən məlumatda bildirilir.
Belə ki, 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağ qeydiyyatında olan 13 619 vətəndaş Ermənistanı tərk edib, onlardan yalnız 5 794-ü geri qayıdıb.
Ermənistanda Qarabağdan olan 101 848 məcburi köçkün qeydiyyatdadır ki, onların da 30 mini uşaqdır. 72 626 məcburi köçkün rayonlarda, qalanları isə İrəvanda yaşayır. Hökumət onu da izah edib ki, Nazirlər Kabineti məcburi köçkünlərə yardımın göstərilməsi məsələsini müzakirə edir. Onların arasında yaşayış binasının tikintisinə köməklik, ev və ya mənzil almaqda dəstək, obyektiv səbəblərdən belə imkanı olmayan şəxslərin sosial mənzillə təmin olunması da var. Hökumətin məlumatına görə, Ermənistanda 8277 qarabağlı ailənin mənzili var.
Tural