31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Crocus" terroruna görə saxlanılanların sayı AÇIQLANDI

01 iyn 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Moskva yaxınlığındakı “Crocus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.

Publika.az xəbər verir ki, bu barədə Moskvanın Basmannı rayon məhkəməsinin iş üzrə dörd təqsirləndirilən şəxs - Aminçon, Dilovar və İsrail İslamov, habelə Əlişir Qasımovun həbs müddətinin uzadılması barədə qərarında deyilir.

İstintaq hesab edir ki, onlar terror aktının birbaşa iştirakçıları olduğu iddia edilən şəxslərə yardım ediblər.

İş üzrə 800-dən çox şahidin dindirildiyi qeyd olunur. Təqsirləndirilən 20 nəfərdən 18-i həbsdədir. İkisinin barəsində isə yeri tərk etməmələri və düzgün davranışları barədə qətimkan tədbiri seçilib.

Məhkəmə qərarında deyilir ki, onların hamısı ittiham olunan cinayətin şərtləri ilə bağlı dəfələrlə dindiriliblər.

22 mart 2024-cü ildə kamuflyajlı insanlar "Crocus City Hall"un birinci mərtəbəsinə girərək avtomatik silahlardan atəş açıblar. Hücum nəticəsində 145 nəfər həlak olub.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur