İtaliya Türkiyəni 13-15 iyun tarixlərində keçiriləcək G7 sammitinə dəvət edib. Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Meloni ilə telefon danışığında sammitə qatılacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə İtaliya Baş Nazirliyi açıqlama yayıb.
Telefon danışığında Türkiyə ilə İtaliya arasındakı əlaqələr, İsrailin-Fələstin müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.
Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7 İtaliyanın Puglia bölgəsindəki Borqo Eqnazia qəsəbəsində keçiriləcək.
Roza