29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Tağı Əhmədovun həyat yoldaşı: "Doğum günümə əbədi hədiyyə qoyub getdi"

19 okt 2024 14:00
GÜNDƏM
ads
Advertisement

"Dünən mənim doğum günü idi. O, mənim doğum günümə əbədi hədiyyə qoyub getdi".

QÜTB.AZ xəbər verir ki, bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Oxu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın 18-i T.Əhmədovun xəstəliyinin 4 ili idi:

"İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nədən sığortalanmayıb, bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz".

S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:

"Çox gözəl insan idi. Onu kobud, qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də, tez barışardı. Ailədə mehriban idi.

Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu".

Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur