Tailandda 13 qadın şəkil çəkdirmək üçün eyvana çıxıblar. Bu zaman eyvan çöküb, hadisə nəticəsində qadınlar yaralanıb.
Publika.az xəbər verir ki, Tailandın Çianq May şəhərində bir qrup qadın seminara qatıldıqları otelin eyvanında kamera qarşısına keçərkən ikinci mərtəbədən bağçaya düşüblər.
Səhər saatlarında baş verən qəza anı otelin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Polis baş verən qəzada 2-si ağır olmaqla ümumilikdə 13 qadının yaralandığını bildirib. İlkin araşdırmalar zamanı çökən eyvan hissəsinin binanın planına daxil olmadığı və sonradan əlavə edildiyi müəyyən edilib.
Aysel Şahmar