01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Makron onlara möhtac qaldı: Bu tədbirləri həyata keçirmək üçün danışıqlar aparır

05 avq 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Fransa prezidenti Emmanuel Makron müxalifətlə hökumətə etimadsızlıq səsverməsi müqabilində təklif etdikləri bir sıra tədbirləri həyata keçirmək üçün danışıqlar aparır.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

“O, qapıları bağlamır. Müəyyən tədbirlərlə bağlı sövdələşmələr hökumətin istefasına səbəb olacaq etimadsızlıq səsverməsini dəstəkləməmək vədi müqabilində müzakirə oluna bilər”, - deyə nəşrin həmsöhbəti bildirib.

Fransada növbədənkənar parlament seçkilərinin gözlənilməz nəticəsi ilə bağlı müzakirələr davam edir.

Qeyd edək ki, Makronun koalisiyası ikinci yeri tutaraq baş naziri istefaya getməyə məcbur edib.

Xatırladaq ki, iyulun 16-da Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Atal hökumətinin istefasını qəbul edib. İyun ayında keçirilən Avropa Parlamenti seçkilərində sağlar əhəmiyyətli dəstək qazandıqdan sonra Makron növbədənkənar seçkilər elan edib. Birinci tur iyunun 30-da baş tutub. Daha sonra Milli Birlik 33,15%, NFP 27,99%, Makron koalisiyası isə 20,04% səs toplayıb.

Seçkilərinin ikinci turunda sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası qalib gəlib. Emmanuel Makronun “Birgə” bloku ikinci, sağçı Milli Birlik isə yalnız üçüncü olub.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur