10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Suqovuşanın azadlığının beşinci ili

03 okt 2025 04:00
GÜNDƏM
ads

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan ordusunun işğalından azad edilməsindən 5 il ötür.

Qutb.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində 2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndləri işğaldan tamamilə azad olunub.

Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa edilib.

Həmin gün Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də işğalçılardan təmizlənib.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur