29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsraildən İrana ismarış: Cavab versəniz, daha ciddi hücuma keçəcəyik

26 okt 2024 13:00
GÜNDƏM
ads

İsrail oktyabrın 25-də gözlənilən cavab hücumu ilə bağlı İrana xəbərdarlıq göndərib və ondan buna cavab verməməyi tələb edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

“İsraillilər iranlılara ümumilikdə nəyə hücum edəcəklərini və nəyə etməyəcəyini əvvəlcədən açıqlayıblar", - mənbələr bildirib.

Qeyd olunur ki, üçüncü şəxslər vasitəsilə ötürülən İsrail mesajı ölkələr arasında davam edən hücum mübadiləsini məhdudlaşdırmaq və daha geniş eskalasiyanın qarşısını almaq cəhdi olub. Digər iki mənbəyə görə, İsrail hücuma cavab verməməyi tələb edib və İranın cavab verəcəyi təqdirdə Təl-Əvivin daha ciddi hücuma keçəcəyini vurğulayıb.

Portalın aydınlaşdırdığı kimi, İrana mesaj ötürən kanallardan biri də Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp olub.

“Mən İranın xarici işlər naziri ilə müharibə və regionda artan gərginlik barədə danışdım. Sonuncu ilə bağlı mən təmkinliyə çağırdım. Bütün tərəflər gərginliyin daha da artmasının qarşısını almaq üçün çalışmalıdır”, - deyə o, İsrailin hücumundan 10 saat əvvəl sosial şəbəkədəki səhifəsində yazıb.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur