İllərdir küsülü olan Xalq artisti Tünzalə Ağayeva və müğənni Nura Suri Aygün Kazımovanın ad günündə üz-üzə gəliblər.
Publika.az axşam.az-a istinadla xəbər verir ki, gecədə diqqət çəkən məqam Nuranın ifası zamanı Tünzalənin rəqs etməsi olub.
Nuranın "ATV maqazin onlarla" verilişində dediyi "Özünü hər kəsdən üstün görür" sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə cavabında Nuranı tənqid edib, onu müğənni hesab etmədiyini söyləyib.
Bu dəfə Nura "Facebook" səhifəsində Ağayevanın keçmiş əri Rəhman Əliyevin müsahibəsini paylaşaraq həmkarına cavab verib:
"Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş əri Rəhman Əliyevin efirdə, saytlarda dediklərini "Youtube" və "Google"dan sildirib. Yəqin ki, öz yaddaşından da silib. Mən pul verib Qran-pri almıram, mükafat və ya "raskrutka"ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. "Çox sağ ol"u budur".