ABŞ-ın Virciniya ştatının Bat qraflığında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə yerli hava limanının nümayəndəsinə istinadən ABC televiziyası məlumat yayıb.
Hadisə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 23:00) baş verib.
Ştat polisi və Federal Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma aparır.