29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ Ukraynaya veriləcək kreditin 20 milyard dollarını təmin etməyə hazırdır

19 okt 2024 10:00
GÜNDƏM
ads

ABŞ prezidenti Co Baydenin administrasiyası, G7 ölkələrinin Ukraynaya verəcəyi kreditin ümumi məbləğinin 40%-ni təmin etməyə hazırdır.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Məlumata görə, bu məbləğ 20 milyard dollar təşkil edir. Fransa prezidenti Emmanuel Makron da Avropa ölkələrinin ümumi 50 milyard dollarlıq kreditdən 20 milyardını, ABŞ-ın 20 milyardını, G7-nin qalan üzvlərinin isə 10 milyardını ayıracağını bildirmişdi.

Mənbələrə görə, ABŞ, Avropa İttifaqının Macarıstanı anti-Rusiya sanksiyalarına vetodan imtina etməyə razı salmasa belə, bu məbləği ayıra bilər. Rəsmi açıqlamanın isə oktyabrın 25-də G7 maliyyə nazirləri tərəfindən verilməsi gözlənilir.

Digər məlumata əsasən, razılaşmalar tam əldə edilməyib və Bayden administrasiyası Konqres üzvləri və Ukrayna rəhbərliyi ilə borcun ödənilməsi məsələlərini müzakirə edir. Kreditin Rusiyanın dondurulmuş aktivlərindən gələn mənfəətlə ödənilməsi və bu vəsaitlə Ukraynanın hərbi texnika alması nəzərdə tutulur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur