11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirildi

03 noy 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Fransanın paytaxtı Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib.

QÜTB.AZ "Report"a istinadla xəbər verir ki, "Muğam - sülhün səsi" muğam - jazz konsertində Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, diplomatlar, yerli siyasətçilər, iş adamları, elm xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən L.Abdullayeva Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarının 2020-ci ildə 44 günlük Vətən Müharibəsində işğaldan azad olunduğunu diqqətə çatdırıb. O, tarixi torpaqlarımızın azad edilməsinin Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıdığını, ədalətin bərpa olunması sevinci yaratdığını bildirib.

Səfir konsertin sülhə həsr edildiyini, torpaqlarının işğalı ilə əlaqədar iki dəfə müharibə aparmağa məcbur olmuş Azərbaycanın sülhə verdiyi əhəmiyyət, davamlı sülh naminə göstərdiyi səylərə də toxunub.

Səfir həmçinin qonaqlara xalqımızın bədii yaradıcılığının zəngin hissəsi, unikal sənət nümunəsi muğam, Azərbaycanda jazz musiqi janrının inkişafı, Şərq aləmində ilk olan opera haqqında məlumat verib.

Konsertdə Azərbaycan muğamının və jazzın sintezini Etibar Əsədli və muğam ifaçısı İlkin Dövlətov ifa ediblər. Onları zərb alətlərində Martin Vanqermee və kontrabasda Ranto Rakotomalala müşayiət ediblər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur