UEFA prezidenti Aleksander Çeferin Almaniyada keçiriləcək Avropa çempionatının əsas favoritlərini açıqlayıb.
Publika.az xəbər verir ki, sloveniyalı funksioner seçimini ev sahibi ölkədən yana edib:
“Mən artıq dostlarıma dedim: niyə bilmirəm, amma Almaniyanı əsas favoritlərdən biri hesab edirəm. Onlar son illərdə olduqca pis idilər, lakin yaxşı komandaları var. Fransa ilə yoldaşlıq oyunundan (2:0) sonra isə tamam başqa səviyyəli münasibət gördüm.
Mən həmişə deyirəm: İspaniyanı heç vaxt nəzərdən qaçırmayın. Xorvatiya, Belçika, Niderland, Danimarka kimi komandalar da var. Amma Almaniya, Fransa, İngiltərə və Portuqaliya, fikrimcə, bu Avropa çempionatının favoritləridir”.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Heybət