COVID-19 pandemiyası səbəbilə dünya üzrə gözlənilən ömür uzunluğunun azaldığı məlum olub.
Publika.az xəbər verir ki, bunu Vaşinqton Universitetinin Sağlamlıq Ölçüləri və Qiymətləndirilməsi İnstitutunun (IHME) apardığı araşdırma üzə çıxarıb.
Məlum olub ki, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb.
Araşdırmaçılar pandemiya zamanı ölkələrin 84 faizində gözlənilən ömür uzunluğunun qısaldığını açıqlayıblar.