29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Əməliyyatdan sonra ölən müəllimlə bağlı

12 iyl 2024 12:00
HADİSƏ
ads
Advertisement

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin fransız dili müəllimi Nəsirova Sədaqət Nəsir qızı keçirdiyi əməliyyatdan sonra vəfat edib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, iyulun 10-da 1972-ci il təvəllüdlü S. Nəsirova uşaqlıq yolunun dəqiqləşdirilməmiş qanaxması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya edilib.

“Xəstə obyektiv müşahidə olunduqdan sonra dərhal əməliyyat blokuna alınıb. Əməliyyat uğurla icra olunub və xəstənin vəziyyəti əməliyyata uyğun olub. 11.07.2024-cü il tarixində xəstədə fiziki aktivlik müşahidə olunub, lakin növbəti dəfə yerindən durarkən vəziyyəti qəflətən pisləşib, tənəffüz çatışmazlığı müşahidə olunub. Xəstəyə ağ ciyər arteriyalaranın troboemboliyası diaqnozu qoyulub.

Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda qeyd olunub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur