30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Dövlət Departamenti: ABŞ Qafqazda sülh üçün səylərini davam etdirəcək

29 iyl 2024 22:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

"Həm dövlət katibi, həm də Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün çalışmağa davam edirlər, lakin mənim heç bir konkret xəbərim yoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik", - deyə o bildirib.

ABŞ-ın Bakıdakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün regiona tez-tez səfər edir.

"Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmək üçün fəaliyyətini davam etdirirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb", - deyə səfirlikdən bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur