"Avroviziya 2024" mahnı yarışmasında dəyişikliklər ediləcək.
Publika.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.
Belə ki, ilk dəfə olaraq yarımfinalda qızıl beşlik ölkələri – Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və ev sahibi İsveçin təmsilçiləri öz mahnılarını tam həcmdə ifa edəcəklər.
Əvvəllər bu ölkələrin təmsilçiləri bir dəfə finalda çıxış edirdilərsə, bu il onlar da digər iştirakçılar kimi səhnəyə yarımfinal zamanı çıxacaqlar.
Bununla yanaşı, səsvermədə də dəyişikliklər olacaq. Səslər şounun sonunda yox, ilk iştirakçı səhnəyə çıxdığı andan etibarən başlayacaq.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Ölkəmizi isə yarışmada Fahree (Fəxri İsmayıl) təmsil edəcək. O, birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. (Axşam.az)