01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Kolbasadan daha zərərli məhsul: Görün soyuducuda hansı "terrorçu"nu saxlayırsınız

04 iyn 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Soyuducuda saxlanılan bütün qidaların hamısı heç də sağlam deyil. Elələri var ki, onların zərərli tərəfləri kifayət qədərdir.

Publika.az xəbər verir ki,yunan jurnalistləri tibbi ekspert WebMD-yə istinadən zərərsiz görünən, lakin əslində orqanizm üçün əsl “terrorçu” ola biləcək bir neçə məhsulu müəyyən ediblər.

Çiyələk, albalı və digər qatıqlarla zəngin və çox vaxt faydalıdir deyilən yoqurtlar adi yoqurtlardan 3 dəfə daha çox şəkər ehtiva edir. Bu isə xüsusilə ürək-damar xəstəliklərinin qarşısının alınması kontekstində insan sağlamlığına mənfi təsir göstərə bilər.

Mağazalarda yüksək kalorili ketçup və mayonezlərə də ehtiyatla yanaşmaq lazımdır. Onların tərkibində trans yağlar, gizli şəkərlər, duz, konservantlar və digər zərərli əlavələr kifayət qədərdir. Məsələn, yalnız bir xörək qaşığı ketçupun tərkibində 4 qrama qədər şəkər ola bilər. Daha sağlam alternativ üçün inqrediyentlərə diqqət yetirmək və təbii sousları seçmək və ya zeytun kimi bitki yağları əsasında salat sosları hazırlamaq məsləhət görülür.

Bağırsaq və mədə ilə əlaqəli risklərə görə ehtiyatla istehlak edilməli qidalar siyahısında kolbasa və emal olunmuş ətlər də var. Eyni zamanda, heç bir istehsalçı yoqurtlardan fərqli olaraq kolbasaları sağlam hesab etmir. Yəni istehsalçı alıcını çaşdırmır və biz bu risklərdən xəbərdarıq.

Soyuducunuza alıb yerləşdirdiyiniz məhsullara qarşı hər zaman diqqətli olun və istehsalçının qablaşdırma və etiketlərə yazdıqlarına ikiqat diqqət yetirin.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur