28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Universitet tələbəsi "Dünya Gözəli" seçildi

09 mar 2024 19:00
GÜNDƏM
ads
Advertisement

Bharatın (Hindistan) Mumbay şəhərində "Miss World" titulunun yeni sahibi seçilib.

Publika.az xəbər verir ki, ən məşhur gözəllik müsabiqələrindən birinin qalibi Çexiyadan olan 24 yaşlı Kristina Pışkova olub. O, tac uğrunda mübarizə aparan 112 ölkə və regiondan olan iştirakçıları qabaqlaya bilib.

"Miss World" qalibi haqqında nə bilirik?

Kristina Pışkova universitetdə oxuyur, eyni anda iki ixtisası - hüquq və biznesin idarə edilməsini öyrənir. Bundan əlavə, o, gənc yaşlarından model kimi fəaliyyət göstərir.

Bir model agentliyinin skautu onu konsertə gəldiyi Vyanada görüb. Bir həftə sonra qız Bratislavaya gedib və müqavilə imzalayıb. Onun fotoşəkilləri "Vogue" jurnalında dərc olunub, Milan və Parisdə moda həftələrində iştirak edib, Asiyada kosmetika reklamlarında çəkilib.

"Güc, sədaqət, mehribanlıq bir qadın olaraq məni formalaşdıran keyfiyyətlərdir. Böyüdüyüm yerdən gələn keyfiyyətlərdir", - "Miss World"ün qalibi Kristina Pışkova deyib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur