"Kızılcık şerbeti" serialında baş rolda çəkilən aktrisa Sıla Türkoğlu heç bir estetik əməliyyat olunmadığını iddia edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa ötən gün 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirilən bir tədbirdə iştirak edib.
Jurnalistlərin suallarını cavablandıran S.Türkoğlu estetik əməliyyatla bağlı açıqlama verib.
"Hamımız saraydan gəlmirik. Qəribə rəylər yazılır. Normal bir ailəm var. Estetik əməliyyat etdirməmişəm. Olsa da, heç kimə dəxli yoxdur", - Sıla Türkoğlu kəskin şəkildə cavab verib.
Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən serialda "Kıvılcım" obrazını canlandıran Evrim Alasyanın estetik əməliyyat etdirən məşhurlarla bağlı paylaşımı gündəm yaratmışdı. Onun "Aktrisalıqdan anlamayan, botokslu aktrisa dövrü sanki bağlanıb, hə, nə deyirsiz?" sözləri gündəm yaratmışdı.