Kolumbiyada magistral yolda baş verən sürüşmə nəticəsində ölən və yaralananlar var.
Publika.az xəbər verir ki, Karmen de Atrato şəhəri yaxınlığındakı magistral yolda leysan yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Hadisə zamanı 18 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.
Antioquia qubernatoru Andres Julian Rendon verdiyi açıqlamada axtarış-xilasetmə qruplarının bölgəyə gəldiyini və çox sayda insanın yerin altında qaldığını bildirib.
Kolumbiyanın vitse-prezidenti Fransia Markes sosial media hesabındakı paylaşımında hadisəni yaxından izlədiklərini bildirib.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Roza Şəfiyeva