01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Köhnə münaqişə, yeni problem: Ukraynada inflyasiya

17 fev 2024 12:00
GÜNDƏM
ads

Avropa Parlamentinin (AP) Xorvatiyadan olan üzvü Bilyana Borzan Avropa İttifaqında (Aİ) Ukraynadakı münaqişə ilə bağlı yaranmış yeni növ inflyasiyanın yaranmasından danışıb.

Publika.az xəbər verir ki, Avropa Komissiyasına (AK) müraciətində Avropa Parlamentinin deputatı “skimpflyasiya” adlanan nəticələrə toxunub.

“İnflyasiya artıq rekord səviyyədə olmasa da, Avropa İttifaqının bütün supermarketlərində “skimpflyasiya” kimi tanınan yeni tendensiya yaranıb. İstehsalçılar nəinki qiymətləri qaldırır, həm də məhsullarının keyfiyyətini aşağı salırlar”, - deyən Borzan Ukraynada münaqişə başlayandan sonra bir çox ərzaq məhsullarının daha aşağı keyfiyyətli inqrediyentlərlə əvəz edildiyini vurğulayıb.

Bununla bağlı o, AŞ-yə sualla müraciət edib. “Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişikliklər barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq ilkin məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir. Avropa Komissiyası bu təcrübəni istehlakçıları çaşdıran hesab edirmi və belədirsə, bununla necə mübarizə aparmağı planlaşdırır?”

Qeyd edək ki bir qədər əvvəl Avropa sıfır iqtisadi artım elan etmişdi. Beləliklə, 2023-cü ilin oktyabr-dekabr aylarında avrozonanın ÜDM-in həcmi əvvəlki üç ayla müqayisədə dəyişməyib. İlkin hesablamalara görə, yüksək inflyasiya və borclanma xərcləri, eləcə də zəif xarici tələb fonunda 2023-cü ildə avrozonanın ÜDM-i 0,5 faiz artacaq. Aİ-nin bütün üzv ölkələri üçün ümumi artım daha da az olacaq - 0,3 faiz.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur