Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında nəzərdə tutan görüşdə Türkiyə-Ukrayna münasibətlərinin müzakirəsi nəzərdə tutulub.