Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaşı ilə bağlı səsləndirilən sözlərə yumorla cavab verib.
QÜTB.AZ xəbər verir ki, Türkiyə lideri Arnavutköydə yerləşən "Darülaceze" müəssisəsinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib. Qadınlardan biri əvvəlcə prezidenti tanımayıb və qarşısında kimin dayandığını anlayanda Ərdoğanın “yaşlandığını” söyləyib.
“Bəli, elədir. Kim yaşlanmır ki? Hamımız qocalırıq” - Türkiyə Prezidenti deyib.
Ləman