Rusiya, İran və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov, Abbas Əraqçi və Hakan Fidan arasında Suriyadakı vəziyyətlə bağlı Dohada danışıqlar başlayıb.
QÜTB.AZ Türkiyənin diplomatik mənbəsinə istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə edirlər.
Bundan əvvəl Lavrov Qətərdə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüş keçirib.
Dekabrın 3-də Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığında Suriyadakı vəziyyəti müzakirə ediblər.