"İyulun 1-dək Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1 milyard avro gəliri Ukraynaya silah almaq üçün köçürə biləcək".
Publika.az xəbər verir ki,bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib .
Onun sözlərinə görə, bu, Aİ-nin vəsaitlərin çıxarılması mexanizminin işlənib hazırlanmasını tez başa çatdıracağı təqdirdə baş verə bilər.
Martın 22-də məlum olub ki, Avropa İttifaqı ölkələrinin liderləri assosiasiyanın son sammitində Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyiblər. Yekun bəyanatda yalnız Aİ Şurasına Avropa Komissiyasının və Aİ-nin Ali Nümayəndəsinin bu məsələ ilə bağlı son təklifləri üzərində işi davam etdirməyə çağırış deyilir.
Hüseyn İbadlı