29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ağadadaş Ağayev ifadə verdi

03 dek 2024 16:00
GÜNDƏM
ads

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

QÜTB.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda Ağadadaş Ağayev ifadə verib.

Onun sözlərinə görə, iyunun 21-dən 22-nı keçən gecə qəza keçirib və müayinə olunmaq üçün hospitala müraciət edib: "Qulağıma tikiş qoyuldu. Səhər üzü saat 7-də qulağından üçün gəldi. Qəza zamanı telefonum sındığı üçün zəng edə bilmədim. Buna görə də küçəyə çıxdım. Bir nəfər qabağıma çıxdı, bildin ki, hospitalən işçisidir. Ona dedim ki, mən burda əməliyyat olunmuşam, 4 nəfər əməliyyatda iştirak edib. Məndə kəskin ağrılar olduğu üçün kömək istəmişəm. Xahiş etmişəm ki, 4 nəfərdən biri mənə yardım etsin. Bu damdan kömək istəsəm də, o mənə cavab vermədi. Sonra məni döyməyə başladı. Dedi ki, sən necə adamsan, əmr edirsən. Məni təhqir etməyə başladı. Bildirdi ki, qudurmusan, əmr etməyi öyrənibsən. Bildirdi ki, kişisən, özün gəl. Elə sözlər dedi ki, mln burada onları demirəm. Orada olanlar onu kənarlaşdırdılar. Mənə taksi sürücüsü dedi ki, həmin adamı kənarlaşdırdıq. Amma sonradan kənar yerdən qəfil çıxaraq yenə də mənə hücum etdi".
"Məni bu hərəkəti etməyə məcbur etdi, təhrik etdi. Mən onu evindən içəridə də bura bilərdim. Amma bunu etmədim. Bunu etmək fikirim olmayıb. Çünki hüquqi cəhətdən bunu bilirdim. Amma məni elə dərəcəyə çtatıdırdı ki, onu vurmağa məcbur etdi. Burada qadınlar əyləşib, elə sözlər dedi ki, mən bunu burada demək istəmirəm. Mənə dedi ki, kişi deyilsən, çıx çölə. Mən də məcbur qalaraq balta götürərək ona tərəf atdım. Mənim xarakterimdə şortiklə küçəyə çıxmaq olmayıb. Amma məni elə dərəcəyə çaıtdırdı ki, bu formada küçəyə çıxdım. Məni dəmir parçası ilə vurdu. Mən tibbi yardım istəmişəm. Necə ola bilər ki, yardım istəyən adam söyüş söysün. Bu adam məni bu həddə çatdırıb" - deyə Ağadadaş Ağayev bildirib.

Dövlət ittihamçısının suallarını cavablandıran xalq artisti bildirib ki, Nurəddin Cəlilov onu hadisənin baş verməsinə təhrik edib: "Mənim yalan danışmaq xarakterimdə yoxdur. Buna görə də and içmirəm. Mən özümü müdafiə etmək üçün əşyanı götürmürəm. Qapının ağzında hadisə baş verib. Onu kənara çəksələr də, əl çəkməyib. Dəfələrlə üstümə hücum çəkib, məni təhdid edib. Eyni şeylər təkrar oldu. Məni provokasiya çəkdi və yolun o biri tərəfinə keçirdi. Mən də yolun o biri tərəfinə, xəstəxana tərəfə keçdim. Mən baltanı atanda 10 metr məsafə var idi. Məcbur olaraq baltanı atdım ki, gözətçi məntəqəsinı getsin, məndən əl çəksin. Mən özümü müdafiə etmək üçün baltanı atmışam. Baltanı da qadın oradan götürüb, baltada ona dəyməyib. Bu hazırlanmış məsələdir. Sonradan belə qənaətə gəldim ki, bu provokasiya əvvəlcədən hazırlanmış məsələdir. Mən qadına baltanın sapı dəyməsi əmi görməmişəm. Bunu videoda görmüşəm. Mən əsəbi olmuşam və baltanı atmışam. Çünki, məni hövsələdən çıxarırdı. Mən onu vursaydım, evimin qabağında vurardım. Mən özümü itiirmişdim, bir nəfər mənə köməklik etdi, evimə gətirdi".

Ağadadaş Ağayev bildirib ki, Nurəddin Cəlilova xəsarət yetirməyib: "Mənim belə bir gücüm olmayıb. Belə başa düşmək olar ki, ölü ilə diri savaşıb.mın bu hadisəyə pis bazıram. Ağlıma gəlməzdi ki, belə bir hadisə mənim başıma gələrdi. Mən həmişə xalqımın içində olmuşam. Ancaq deyə bilərəm ki, Allah hidayət versin. Mən günahkar kimi peşman deyiləm. Amma hadisəni baş verməsinə görə günahkaram.

Hazırda proses davam edir.

Qeyd edək ki, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Nurəddin Cəlilova da eyni ittihamla cinayət işi açılıb və iş ayrıca icraatda baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Bu işə hakim Elçin Ağayevin icraatınfa basılacaq.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur