İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin ölümünə səbəb olub.
Publika.az xəbər verir ki, isti səbəbilə paytaxt Romada bir, Apuliya regionunda isə iki nəfər ölüb.\
Onların 3-ü də yaşlı insanlar olub.
Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin qarşıdakı həftə ərzində də davam edəcəyini bildiriblər. Bəzi bölgələrdə 41 dərəcə isti gözlənilir.