Esseksdə soyuq bir səhər yerli komandanın futbol meydançasının yanında qəfildən yavaş hərəkət edən ağ limuzin göründü. Maşının güzgüsü endirildikdən sonra hər kəs təəccüb içində idi. Çünki içəridə dünya futbolunun əfsanəsi Ronaldo Nazario var idi. O, gözlənilmədən səkkizinci divizion matçına gəlnmişdi.
Braziliyalı "Paddy Power"in "Ultimate Super Sub" layihəsi çərçivəsində həvəskar səviyyədə keçirilən bir liqa oyununda iştirak edirdi. Forvard öz liqasında sonuncu yerdə olan "Feniks"in heyətində meydana daxil olmalı idi.
Videodan da göründüyü kimi, baş məşqçi Brayan Edvards ona arxa tərəfində “Deyv Uolş” yazısı olan köynək verib. Adı yazılan şanslı oyunuçunun kim olduğunu heç kim bilmir, bəlkə də bilməyəcəksiniz.
Hücumçu çirkli meydançaya daxil olanda tabloda vəziyyət acınacaqlı idi. Komandasın 0:4 hesabı ilə geridə idi. Braziliyalı əfsanə oyunda tənbəl-tənbəl gəzir, əsnəyir, oyuna maraq göstərmir, hətta telefonunu çıxarıb kiminləsə danışmağa başlayır. Məşqçi ona oyundankənar vəziyyətdə olduğunu desə də, reaksiya vermir. Bir anda Edvards Ronaldonu oyundan çıxarmaq qərarına gəlir.
Nə olursa olsun, belə bir insanın meydana çıxması artıq hər iki komanda, eləcə də azarkeşlər və bütün liqa üçün önəmli hadisədir.
"Ronaldo meydana çıxanda uşaqlar buna inana bilmədilər. Onu heyətə salmadım, buna görə də "Deyv Uolş" adı ilə ehtiyat heyətə saldım. Təəssüf ki, o, supermenə bənzəmirdi.
O, oyunun startına gecikdi. Biz Ronaldonu meydana buraxanda komanda artıq hesabda çox geridə idi. Bununla belə, bu günü əbədi xatırlayacağam. Onun oyunu necə idi? Bu, daha az yadda qalan hadisədir.
Hər iki komandanın oyunçuları da daxil olmaqla hamı Ronaldo ilə selfi çəkdirdi. Hətta bir neçə futbolçu ulduza qarşı oynamaq təəssüratlarını bölüşdü. “Belə bir tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Həyatımın ən sürreal anı!" - deyə oyunçulardan biri yazıb. Başqa biri isə Ronaldonu tənqid edib: "O, öz qayğısına qalmaq üçün ən asan yolu seçdi".
Braziliyalı əfsanəni Esseksə nə gətirdi?
"Onlar deyirlər ki, forma müvəqqəti bir fenomendir, amma mən bunu öz gözlərimlə görəndə demək istəyirəm ki, Ronaldonun təqaüdə çıxdıqdan sonra forması olduqca qalıcı görünür. Bu, hamımızın başına gəlir, R9”, - şirkət nümayəndəsi bildirib.
Heybət