Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
Publika.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
"Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlıların üçün heç bir funksiya qalmayıb”, - Peskov vurğulayıb.
Sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdiyini deyən Peskov bəzi məsələlərin artıq razılaşdırıldığını bildirib.
"Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var", - Kreml sözçüsü qeyd edib.