49 yaşlı məşhur müğənni Ebru Gündeşin ötən gün 37 yaşlı biznesmen Murat Osman Özdemirlə Dubayda evləndiyi və sadə toy etdiyi iddia olunub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Onur Akay məlumat verib. Məlum olub ki, 49 yaşlı Ebru Gündeş və 37 yaşlı Murat Özdemir gizli şəkildə evlənməyə qərar veriblər. O, cütlüyün bal ayı üçün Körfəz Turuna çıxacağını deyib.
Qeyd edək ki, bu, Ebru Gündeşin dördüncü evliliyidir. Onun Murat Osman Özdemirlə münasibəti ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, sevgililər iki il əvvəl yasaq eşq yaşayıblar. Belə ki, Murat Osman Özdemir 2002-ci ildə "Best Model" gözəllik yarışmasında qalib gələn Selin Kabaklı ilə 2018-ci ildə Adanada ailə həyatı qurub. Cütlüyün bir qızı var idi. 2022-ci ildə isə Özdemir dostlarının vasitəsilə Ebru Gündeşlə tanış olub. Onlar bir müddət gizli görüşsə də, Selin Kabaklı bu xəyanəti eşidəndə böyük qalmaqal yaradıb.
Murat Osman Özdemir müğənni ilə münasibətini kəsərək həyat yoldaşı ilə barışıb. Bundan sonra Ebru özündən 22 yaş kiçik iraqlı Rassan Xoşnəvlə flirt etməyə başlayıb. Daha sonra deyilənlərə görə, Özdemir maddi çətinliklər yaşadığını bildirib və 2023-cü ilin iyulunda Selin Kabaklını kağız üzərində boşanmağa razı salıb. Amma birlikdə yaşamağa davam ediblər. Noyabr ayında evlərini təmir etdirən cütlük Kuruçeşmedə otelə yerləşib.
Murat Osman Özdəmir ötən ilin dekabrında Ebru Gündeşin bir məkanda ifasını dinləmək üçün Ankaraya gedib. Bu görüş onların münasibətlərini ikinci dəfə alovlandırıb.
Hadisələrdən şoka düşən Selin Kabaklı dünən sosial media hesabında bunları paylaşıb: "İlahi ədalət deyilən bir tərəzi var. Heç vaxt səhv etmir. Heç kimin haqqı heç kəsdə qalmır. Qəlbi qırılan səbr etsin..."