29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsveçrədə azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atıldı

27 yan 2024 15:00
GÜNDƏM
ads

İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb.

Publika.az "Report"a istinadla xəbər verir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb.

Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk etməyə məcbur olub.

Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısında aksiyanı davam etdirirlər. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar edirlər. "Mina sahəsi" adlı eksklusiv təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumatlar verilir, bu mövzuda əvvəlcədən jazırlanmış flayerlər paylanılır.

Minalanmış Azərbaycan ərazilərini əks etdirən "Mina sahəsi" adlanan ekskluziv təlim oyununda çoxlu sayda İsveçrə sakini, həmçinin ölkəni səyahət edən turistlər iştirak ediblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur