29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Pəncərəmizə hələ çox daş atılacaq" – Ağarza Elçinoğlu

27 mar 2024 19:11
MƏQALƏLƏR VƏ ŞEİRLƏR
Özəl xəbər
ads
Advertisement

Ölkə sınmış şüşə nəzəriyyəsinin qurbanına çevrilir...


Sanki, biriləri qəsdən mənfi hərəkət edir, sonra digərləri də eynisini təkrarlamağa çalışır. Bu, əslində, əməlin yaxşısına-pisinə baxmır. Bir hərəkət edilirsə, digərlərinin baş verməsi də çox çəkmir. Təəssüf ki, bizdə baş verən xronologiya ağrılıdır. Müsbət hadisənin ardıcıllığını görmürəm.


Məsələn, bir xanım 200 km/saat sürətlə idarə etdiyi avtomobili çəkib paylaşmışdı. Onun müzakirələri yenicə bitirdi ki, oxşar hadisə təkrarlandı. Başqa bir xanım anti-rekordu yenilədi...


Əvvəlki illərdə baş verən ard-arda qazi int*harları, 16-cı mərtəbədən atılan yeniyetmələr, yanğınlar və s. sınmış şüşə nəzəriyyəsinin fəsadlarındandır...


Bu prinsipə əməl edən əsas təbəqə isə azyaşlılar, yeniyetmələr və qismən də gənclərdir. Gələcəyimizi əmanət etdiyimiz gəncliyin başlanğıcı uşaqlığa, sonra isə yeniyetməliyə dayanır. Təməli möhkəm atılmayan bir uşaqdan normal yeniyetmə və gənc gözləmək absurddur. Yəni hər şey təməldən asılıdır. 


Formalaşmış xalq deyilik, problem burdadır ki, formalaşmaq da istəmirik. Turpun nağılında olduğu kimi, əcdadlarımızın çuxasının ətəyindən tuta-tuta gedirik. Amma heç hara getdiyimizi də bilmirik. Nəticə yoxdur! 





..."Birin doğ, yerini bərkit" ideologiyası əsasında əmələ gələn uşaqlar bu gün cəmiyyətin başına əngəl kələf olub. Heç bir amal olmadan, istəksiz şəkildə böyüdülən bu vətəndaşlar hazırda yeniyetmə və gənclik dövrünü yaşayırlar. Lakin, necə yaşadıqları da sual altındadır...


Analarından əlavə, onların atalarının da maksimum ən böyük arzusu odur ki, uşağı dil açsın, bu da desin ki, "əmini söy"! Özləri də bu ideologiya ilə dünyaya gələn valideynlərə demək lazımdır ki, bu gedilən yol həddən ziyadə təhlükəlidir. Əgər normal düşüncədə, sağlam ruhda övlad böyüdə bilmək iqtidarında deyilsinizsə, bu "əzrayıllar"ı törədib cəmiyyətin üstünə salmaq günahdır. Sonra özləri də, qarşı tərəf də, elə valideynlərin özləri də bədbəxt olur. Sultan deyilsiz ki, mütləq əkbər şahzadə olsun. 


Bir ölkənin gündəmini TikTok formalaşdırırsa, günah özümüzdədir! Xalq Baboş, Bayram Nurlu, Vaqa kimilərinə baxa-baxa cılızlaşır, acizləşir. Düşünən beyinlər isə durmadan ölkəni tərk edir. 20 il sonrakı Azərbaycanı təsəvvürümə gətirmək istəyirəm, amma qorxuram havalanaram...


Az öncə yuxarıda dediyim yeniyetmələr isə 10-11 yaşından sevgili axtarmağa başlayır. Sağlam gəncliyin, gələcəyin nümayəndələrini isə 3-5 il sonra samanlıqda iynə kimi axtarmalı olacağıq. 


Sındırılmış şüşə bərpa edilməsə, pəncərəmizə hələ çox daş atılacaq...

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur