28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

AŞPA-da Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat kimdir?

29 yan 2024 11:00
GÜNDƏM
ads

Avropalı parlamentarilərin Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli ittihamlarla çıxışları Türkiyə cəmiyyətində də qınaq və təplikərlə qarşılanmaqdadır. AŞPA-nın qərəzli mövqeyi Türkiyədə yaşayan çoxsaylı azərbaycanlılar tərəfindən də pislərir.

Xüsisilə də özlərini üzdə Azərbaycanın dostu kimi göstərən və dost ölkə imici qazanmış ölkələrin mövqeynə münasibətlərini gizlətməyən türkiyəli qardaşlarımız da AŞPA-dakı siyasi korrupsiyanı, ayrı-seçkilik, etnik və dini nifrət mövqeyini, ikili standartları nəinki pisləmiş, bunu qərəz adlandırmışlar.

Publika.az xəbər verir ki, Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Berdan Öztürkün Azərbaycana qarşı mövqeyinin təkcə Azərbaycana deyil, Türkiyənin və bütün Türk dünyasının birliyinə xəyanət olduğu da söylənilir.

Əslində kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Berdan Öztürkün belə bir mövqedə dayanması onun siyasi fəaliyyətinn bir hissəsi kimi də görünür. Vaxtı ilə - 2020-ci ilin sentyabrında Azərbaycan öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə başlayanda və Türkiyənin bu məsələyə dəstəyini alanda da Türkiyə Böyük Millət Məclisində ciddi etirazları ilə gündəmə gələnlər də olmuşdu.

Növbəti belə qərəzli münasibətin AŞPA-dan gəlməsi də xeyli çaşqınlıq yaratdı. Belə olan halda tanımaq istədik ki, öz ölkəsinə, millətinə və qardaş dövlətinə qarşı çıxan Berdan Öztürk kimdir? Onun dosyesindəki bəzi detallara diqqət etmək kifayətdir ki, haqqında və siyasi məsləyi haqqında bilgilər almaq olsun.

1980-ci il mayın 1-də Ağrının Tutak rayonunda dünyaya gələn Berdan Öztürk Mərmərə Universitetinin hüquq fakültəsinin məzunudur. London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamladıqdan sonra vəkil kimi fəaliyyətə başlayıb. Xalqların Demokratik Partiyasından (HDP) 2015-ci ildə Ağrıdan və 2023-cü il seçkilərində yenidən Diyarbakırdən millət vəkili seçilib. 2016-cı ildə 5 PKK-çının dəfn mərasimində iştirak etdiyinə görə türkiyəli siyasətçi barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildən "Barış Pınarı" əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı apardığı üçün istintaqa cəlb olunub.

B.Öztürk Mesopotamiya Qohumlarını İtirənlərə Yardım və Həmrəylik Dərnəyi (MEYA-DER) və İnsan Haqları Dərnəyinin (İHD) fəaliyyətlərində fəal iştirak edib. Demokratik Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə keçirilən 8-ci qurultayında həmsədr seçilib. Digər həmsədr Hakkari millət vəkili Leyla Güvənlə Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsində istintaqa cəlb olunublar.

Əslində bu faktları xatırlamaqda məqsəd dünyanın demokratik ölkələrindən biri olan Türkiyənin daxilində baş verənləri də anlatmaq istədik. Bu cür hadisələr Türkiyənin siyasi həyatında tarixən də yaşanmışdır. Amma bu cür məsələlərin ölkə xaricində səsləndirilməsi qəbul edilmir. Digər tərəfdən bu cür meyarlarla çıxış edib, ölkənin uğurlarına kölgə salmaq istəyənlər heç vaxt istəklərinə nail olmayacaqlar.

Özünə “Öztürk” soyadını götürmüş PKK məramlı kürd deputatın islamofobiya tribunasına çevrilmiş AŞPA-nın cəlbedici koalisiyasına qoşulması ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də ciddi narazılıq və qınaqlara səbəb olub. ("Xalq qəzeti")


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur