İsrail administrasiyası Qəzza zolağında israilli məhbusların azad edilməsi üçün HƏMAS-la yeni danışıqlara başlamaq üçün təklif hazırlayıb, lakin baş nazir Benyamin Netanyahu bunu rədd edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb. Adları açıqlanmayan nazirlərin HƏMAS-ın əlində saxladığı israilli məhbusların azad edilməsinə dair planın ümumi konturlarını bir müddət əvvəl hazırladıqları bildirilib.
Danışıqlarda irəliləyiş gözlənildiyi bildirilsə də, amma Netanyahu mövqeyini sərtləşdirib və sonda bu planı rədd edib.
Netanyahunun rədd qərarından sonra baş nazirin münasibətinə qarşı çıxanlar olub. Adı açıqlanmayan siyasi məmur bildirib ki, Netanyahu oğurlanmış insanları azad etmək üçün razılaşma əldə etmək səylərinə mane olur.
Netanyahunun ofisi danışıqlarla bağlı açıqlama verib: "HƏMAS-ın tələb etdiyi və Baş nazirin qəti şəkildə rədd etdiyi şərt müharibənin sonudur”.
Aysel